Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi

Alina Kabayeva və daha 15 rusiyalıya sanksiya tətbiq edildi
Oxunma sayı: 1491

Avstraliya daha 16 Rusiya vətəndaşını sanksiya siyahısına daxil edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, siyahıya rusiyalı gimnast Alina Kabayeva, Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova, inşaat və mənzil-kommunal təsərrüfatı naziri İrek Fayzullin, kənd təsərrüfatı naziri Dmitri Patruşev və nəqliyyat naziri Vitaliy Savelyev əlavə edilib.

Xəbəri rus dilində oxuyun: Станьте владельцами квартир с ежемесячной оплатой от 381 АЗН!- Xаzаr İnshaat!

Eyni zamanda Azərbaycan əsilli iş adamı, “Kiyev meydanı” (“Киевская площадь”) şirkətinin idarə heyətinin sədri Qod Nisanova da şamil olunub.

Bununla yanaşı, Avstraliya rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putinin qohumları adlandırdığı İqor Putin, Mixail Putin və Roman Putinə qarşı da sanksiya tətbiq olunub.