Akar zərərsizləşdirdikləri terrorçuların sayını açıqladı

Akar zərərsizləşdirdikləri terrorçuların sayını açıqladı
Oxunma sayı: 1966

"Pəncəli Qılınc" əməliyyatında 184 terrorçu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Nazir bildirib ki, terrorçular yerdən atəşə dəstək maşınları və təyyarələrlə zərərsizləşdirilib.

Akar terroristlərin təmizlənməsinin Türkiyə üçün çox vacib olduğunu deyib:

“Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Ölkəmizi və millətimizi bu terror bəlasından xilas edəcəyik”.