“Aİ Ukraynanın zəbt edilən bir kvadrat kilometrini belə Rusiyanın ərazisi kimi tanımır”

“Aİ Ukraynanın zəbt edilən bir kvadrat kilometrini belə Rusiyanın ərazisi kimi tanımır”
Oxunma sayı: 603

“Avropa İttifaqı Ukraynanın işğal olunmuş bir kvadrat kilometrini də Rusiyanın bir hissəsi kimi tanımır”.

“Qafqazinfo” “UNİAN"a isitnadən xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ xarici işlər nazirləri səviyyəsində Aİ Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

"Rusların zəbt etdiyi Ukrayna torpağının bir kvadrat kilometrini də tanımırıq. Krımı tanımadığımız kimi, Ukraynanın Rusiya Federasiyasının bir hissəsi elan ediləcək heç bir ərazisini tanımırıq. Biz Ukraynanın ərazi bütövlüyünü müdafiə edirik. Biz deyəndə ki, ümid edirik ki, Ukrayna bu müharibədə qalib gələcək, bu o deməkdir ki, ukraynalılar işğalçıları öz sərhədlərindən kənara çıxara biləcəklər”, - Borrell bildirib.