Aİ-ni Rusiya vətəndaşlarına viza verməməyə çağırdı

Aİ-ni Rusiya vətəndaşlarına viza verməməyə çağırdı
Oxunma sayı: 973

Estoniya Baş naziri Kaya Kallas Rusiya vətəndaşlarına Avropa İttifaqı ölkələrinə turist vizalarının verilməsini qadağan etməyi zəruri hesab edir.

“Qafqazinfo” xəbər verir ki, belə bir çağırışla o, tviter səhifəsində çıxış edib.

“Bəsdirin rusiyalılara turist vizaları verdiniz. Rusiyadan olan turizmə son qoymağın vaxtıdır”, - o yazıb.

Kallas, həmçinin bəyan edib ki, Avropaya səfər etmək insan hüquqlarından biri deyil, imtiyazdır.