Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması müzakirə edilir

Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması müzakirə edilir
Oxunma sayı: 1090

“Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.

“Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir. Böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır”, - deyə dövlət başçısı bildirib.