Ağcabədidə ağır qəza, ölən var

Ağcabədidə ağır qəza, ölən var
Oxunma sayı: 1805

Ağcabədidə iki avtomobil toqquşub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunun Hacıbədəlli kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1986-cı il təvəllüdlü İsrafilov Ələsgər Əyyub oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.