“AccessBank”da kredit şərtini özün seç!

“AccessBank”da kredit şərtini özün seç!
Oxunma sayı: 1918

“AccessBank” “Nağd kredit” kampaniyasına start verib. “Qafqazinfo” xəbər verir ki, kampaniyanın əsas üstünlüyü kredit şərtinin müştəri tərəfindən təyin olunmasındadır.

Belə ki, “Nağd kredit” kampaniyası çərçivəsində Bankın müştəriləri krediti, 16%-dən başlayan kredit faizi ilə və ya 0% komissiya ilə əldə edə bilər. Komissiya haqqı artdıqca, kredit faizi müvafiq olaraq enir.

“Nağd kredit” kampaniyası çərçivəsində krediti 6 aydan 48 ayadək müddətə əldə etmək mümkündür. Kampaniya 31 avqust 2020-ci il tarixinə qədər qüvvədədir.

Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün “AccessBank”ın 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın sosial media hesablarına daxil olmaq olar.