ABŞ Moskva danışıqlarına qatılmayacaq

ABŞ Moskva danışıqlarına qatılmayacaq
Oxunma sayı: 1341

"ABŞ Əfqanıstanla bağlı oktyabrın 20-nə planlaşdırılan Moskva formatlı məsləhətləşmələrdə iştirak etməyəcək, lakin bu danışıqları dəstəkləyir və gələcəkdə iştirakını da istisna etmir".

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə deyib. 

“Biz Moskva danışıqlarında iştirak etməyəcəyik. Bu həftə logistika nöqteyi-nəzərindən iştirak etmək bizim üçün çətindir”, - deyə Prays bildirib. 

O qeyd edib ki, Əfqanıstanın sülh nizamlanması ilə bağlı genişləndirilmiş "üçlük" (Rusiya, ABŞ, Çin, Pakistan) formatı təsirli və konstruktiv bir forumdur.