ABŞ İraqdakı bazasının atəşə tutulmasına görə cavab addımları atacaq

ABŞ İraqdakı bazasının atəşə tutulmasına görə cavab addımları atacaq
Oxunma sayı: 1232

ABŞ hakimiyyəti amerikalı hərbçilərin İraqdakı Ayn-Əl-Əsəd hərbi bazasının atəşə tutulmasına görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirir və buna əsasən cavab addımları atacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə bildirib.

O, müqavilə ilə çalışan mülki əməkdaşın infarktdan vəfat etdiyini təsdiqləyib. “Allaha şükür ki, raketlə heç kəs öldürülməyib”, - Bayden vurğulayıb. “Biz kimin məsuliyyət daşıdığını müəyyənləşdiririk və buna əsasən qərarlar qəbul edəcəyik”, - Prezident bəyan edib.

Qeyd edək ki, daha əvvəl İraqın Ənbar vilayətində yerləşən və ABŞ hərbçiləri tərəfindən istifadə edilən Ayn-əl-Əsəd hərbi bazasının yaxınlığına azı 10 raket düşüb.