ABŞ iranlı diplomatları “qara siyahı”ya salan Albaniyaya təşəkkür etdi

ABŞ iranlı diplomatları “qara siyahı”ya salan Albaniyaya təşəkkür etdi
Oxunma sayı: 612

ABŞ dövlət katibi Mayk Pompeo iranlı iki diplomatı “arzu olunmayan şəxs” elan etdiyi üçün Albaniya xarici işlər naziri Ditmir Buşatiyə zəng vuraraq təşəkkür edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Albaniya XİN-in sözçüsü Edlira Prendi diplomatların ölkənin təhlükəsizliyinə təhdid olması səbəbindən “arzu olunmayan şəxs” elan edildiklərini bildirib.

İran XİN-in sözçüsü Bəhram Qasımi isə bu qərarın ABŞ və İsrailin təzyiqləri ilə verildiyini bildirib.