ABŞ-ın Ukraynaya göndərəcəyi silahların - Siyahısı

ABŞ-ın Ukraynaya göndərəcəyi silahların
Oxunma sayı: 2756

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paket aşağıdakıların təmin edilməsini nəzərdə tutur: 

155 mm-lik 18 haubitsa, hərəkət edən haubitsalar üçün 18 taktiki maşın, üç AN/TPQ-36 əks-akkumulyator stansiyası, sahə avadanlığı və ehtiyat hissələri.

Pentaqonun məlumatına görə, Bayden administrasiyası dövründə, yəni təxminən 2021-ci ilin əvvəlindən ABŞ Ukraynaya təxminən 4,6 milyard dollar yardım edib ki, bunun da 3,9 milyard dolları fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəridir.