“ABŞ-ın əsas hədəfi Əfqanıstan olacaq” - Rusiyadan münasibət

“ABŞ-ın əsas hədəfi Əfqanıstan olacaq”
Oxunma sayı: 1061

ABŞ prezidenti Donald Trampın Suriyadakı əsgərlərini geri çəkəcəyi ilə bağlı açıqlamasına Rusiyadan münasibət bildirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitə sədrinin birinci müavini Frants Klintseviç ABŞ-ın Suriyadan tamamilə çıxacağına inanmadığını deyib:

“Onların qərarı şübhəlidir. Xüsusi təyinatlıları və hava qüvvələrini Suriyada saxlayacaqlarını düşünürəm. Rusiya isə orada qalmağa davam edəcək. Əgər ABŞ Suriyadan çıxarsa, biz orada terrorizmi 6 ayda bitirərik”.

Klintseviç Suriyadakı terrorçuların ABŞ tərəfindən Əfqanıstana göndərildiyini də iddia edib:

“Artıq əsas hədəf Əfqanıstan olacaq. Həmçinin, Əfqanıstan üzərindən Mərkəzi Asiyaya da təsir etmək istəyəcəklər”.