Suriyadakı əsgərlərini geri çəkəcək ABŞ-ın Əfqanıstandan da çıxacağı iddia edilib.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, bu iddianı ABŞ mətbuatı ortaya atıb.
Hazırda Əfqanıstanda 14 mindən çox əsgəri olan ABŞ-ın onlardan 7 min nəfəri geri çəkəcəyi bildirilir.
Məsələ ilə bağlı hələlik ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) münasibət bildirilməyib.
Qeyd edək ki, Trampın Suriya ilə bağlı qərarı ABŞ-da birmənalı qarşılanmayıb və Pentaqon rəhbəri Cim Mettis vəzifəsindən gedcəyini açıqlayıb.