ABŞ Dövlət Departamentindən sərhəddəki gərginliklə bağlı - Çağırış

ABŞ Dövlət Departamentindən sərhəddəki gərginliklə bağlı
Oxunma sayı: 786

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan sərhədində aş verən gərginliklə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Departamentin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun Tvitter səhifəsində məlumat paylaşılıb.

“Biz Ermənistan və Azərbaycan qüvvələri arasında itkilərlə nəticələnən insidentlər barədə məlumatlardan narahatıq. Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri qoşunların çıxarılması, sərhədin demarkasiyası və məhbusların geri qaytarılması da daxil olmaqla gərginliyi azaltmağa çağırırıq”, - paylaşımda qeyd edilib.