ABŞ-da universitetdə atışma olub - Ölən və yaralananlar var

ABŞ-da universitetdə atışma olub
Oxunma sayı: 1304

ABŞ-ın Luizana ştatında Qremblinq universitetinin həyətində atışma olub.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölən şəxsin tələbə olmadığı bildirilir.

Məlumata görə, hadisə məzunların yığıncağı zamanı baş verib. Araşdırma aparılır.