ABŞ-da qasırğa can aldı

ABŞ-da qasırğa can aldı
Oxunma sayı: 891

ABŞ-ın Geylord şəhərində (Miçiqan ştatı) baş vermiş qasırğa nəticəsində 1 nəfər həyatını itirib, 40-dan çox insan xəsarət alıb. 

Bu barədə “Qafqazinfo” CNN telekanalına istinadən xəbər verir. 

Şəhərə də ziyan dəyib. Aşmış ağaclar yolları bağlayıb, elektrik enerjisi xətləri sıradan çıxıb, yaşayış evləri və kommersiya binaları zərər görüb.

Xəsarət almış şəxslər yaxınlıqdakı üç xəstəxanaya çatdırılıb. Şəhərdə fövqəladə xidmət əməkdaşları çalışır.