ABŞ-da koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı yarım milyonu ötdü
Oxunma sayı: 608

ABŞ-da koronavirusdan ölənlərin sayı 500 mini ötüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti bildirib.

Son məlumatlara əsasən, ABŞ-da ümumilikdə 28 174 133 nəfər koronavirusa yoluxub. Ölüm hallarının sayı 500 071 təşkil edir. Universitet federal və yerli dairələrin məlumatları əsasında hesabat aparır.

Ağ Evin mətbuat xidməti bildirib ki, ABŞ Prezidenti Co Bayden vitse-prezident Kamala Harrislə bərabər koronavirusdan ölən yarım milyon insanın xatirəsini bazar ertəsi axşam bir dəqiqəlik sükutla yad edəcək. Onlar şamlar yandıracaq, dövlət başçısı, həmçinin nitq söyləcəyək.