ABŞ-ın Virciniya ştatının Loqan dairəsində “Bell UH-1B” tipli helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli WBOY telekanalı məlumat verib.
Xəbərdə bildirilib ki, göyərtəsində 6 nəfərin olduğu helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir, magistral yol bağlanıb.
Qəzadan sağ çıxanın olmadığı bildirilir.