ABŞ-da demokratlar Senatda da çoxluq qazanıblar

ABŞ-da demokratlar Senatda da çoxluq qazanıblar
Oxunma sayı: 389

ABŞ Prezidenti Co Baydenin inauqurasiyası günü Demokratların iki yeni senatorunun Nümayəndələr Palatasında and içməsi ilə daha bir vacib addım atılıb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 5-də Corciya ştatında keçirilən ikinci tur seçkilərində qalib gələn senatorlar – Con Ossoff və Rafael Varnok Senatda and içiblər. Bu nəticə ilə Demokratlar üzvü  50 senatora çatıb və Senatda üstünlük əldə ediblər.

Dünən Senata rəhbərlik edən Vitse-prezident Kamala Harrisin and içərək rəsmi olaraq vəzifəsinə başlaması demokratların uğuru hesab olunur. 

Ağ Evdən sonra Senatda çoxluq qazanan demokratlar Nümayəndələr Palatasında da üstünlüyə sahibdirlər.