ABŞ-da daha bir nazir vəzifədən gedir

ABŞ-da daha bir nazir vəzifədən gedir
Oxunma sayı: 1205

ABŞ müdafiə naziri Cim Mettis gələn ilin fevralın sonunda vəzifəsindən ayrılaraq pensiyaya çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Tvitterdəki hesabında məlumat yayıb.

O qeyd edib ki, Mettisin dövründə yeni hərbi avadanlıqların alınması istiqamətində böyük irəliləyiş əldə edilib. Tramp müttəfiq ölkələrin hərbi öhdəliklərini yerinə yetirməsi məsələsində də Mettisin çox kömək etdiyini vurğulayıb və etdiyi xidmətlərə görə ona təşəkkür edib.

ABŞ prezidenti yeni müdafiə nazirinin yaxın zamanda elan ediləcəyini də bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ-ın daxili işlər naziri Rayan Zinke də istefa verib.