ABŞ-da da “Omicron” aşkarlandı

ABŞ-da da “Omicron” aşkarlandı
Oxunma sayı: 899

ABŞ-da ilk “Omicron”a yoluxma halı Kaliforniya ştatında aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Baş infeksionisti Entoni Fauçi açıqlama yayıb.

Ağ Evdə mətbuat konfransı keçirən Baş infeksionist bildirib ki, “Omicron”a yoluxan şəxs Cənubi Afrikadan gəlib:

"Xəstə hazırda karantindədir və hər kəslə yaxın təmasda olub. Peyvəndləri tamdır və xəstənin sağlamlıq vəziyyəti hazırda yaxşıdır".

Səhiyyə rəsmiləri ilk dəfə Cənubi Afrikada aşkar edilən və noyabrın 25-də elan edilən yeni ştamın digər ölkələrdə olduğu kimi, ABŞ-da da aşkarlanacağını bildirmişdi.