ABŞ Azərbaycana daha səkkiz minaaxtaran it göndərdi

ABŞ Azərbaycana daha səkkiz minaaxtaran it göndərdi
Oxunma sayı: 676

İşğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına daha səkkiz baş it qatılacaq.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən Minatəmizləmə Agentliyinə verilən itlərin sayı 20-yə çatıb.

Bildirilib ki, yerdə qalan 10 baş itin agentliyə təhvili 2022-2023- cü illərdə gözlənilir.

Xatırladaq ki, cari ilin 26 avqust tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində, MLİ tərəfindən ANAMA-ya veriləcək itlərin sayı 30-dur. 

Göndərilən itlərin altısı ANAMA-nın, qalan ikisi isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.