AAF “Time Attack” yarışı təşkil edib - Fotolar

AAF “Time Attack” yarışı təşkil edib
Oxunma sayı: 1128

Azərbaycan Avtomobil Federasiyası və “Subaru Club Azərbaycan”ın təşkilatçılığı ilə Subaru avtomobilləri arasında “Time Attack” payız kuboku üzrə yarış keçirilib.

"Qafqazinfo" xəbər verir ki, “Test and Training Azerbaijan” sürücü təlim mərkəzində təşkil olunan yarışda “Atmosfer Klass” kateqoriyasında Subaru Legacy avtomobili ilə Müşviq Rəhmanov 51.482 saniyə nəticə göstərərək qalib gəlib. Emil Quliyev 53.576 saniyə ilə 2-ci yeri, Telman Qarayev isə 3-cü pilləni tutub.

“Turbo Klass” kateqoriyasında isə Nurəli Məmmədov 47.682 saniyə nəticə ilə günün ən sürətlisi olub. Bu kateqoriyada Emil Ələkbərov 49.138 saniyə nəticə ilə 2-ci, Azad Hüseynov isə 49.534 saniyə ilə 3-cü yeri tutub.