“8 yaşlı qızımı 13-cü mərtəbədən atası atıb” iddiası ilə bağlı - Açıqlama

“8 yaşlı qızımı 13-cü mərtəbədən atası atıb” iddiası ilə bağlı
Oxunma sayı: 8191

Baş Prokurorluq vətəndaş Dilarə Bağıyevanın azyaşlı qızının ölümü ilə bağlı iddialarına dair açıqlama yayıb.

“Qafqazinfo” prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Dilarə Bağıyevanın azyaşlı qızı Fərəh Nadirovanın ölüm faktı ilə əlaqədar qeyri-obyektiv araşdırma aparıldığı, qızının yaşadıqları binanın 13-cü mərtəbəsindən atası tərəfindən yerə atılaraq qəsdən öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlər yayımlanıb:

“Bildiririk ki, Dilarə Bağıyevanın ifadə və şikayətlərində, eləcə də sosial şəbəkələrdəki çıxışlarında qeyd etdiyi xüsusatlar üzrə mövcud cinayət işi çərçivəsində Nizami Rayon Prokurorluğunda müvafiq istintaq hərəkətləri yerinə yetirilib. İstintaqla Vahid Nadirovun arvadı Dilarə Bağıyevaya qarşı zorakı hərəkətlər törətməsi sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin hökmünə əsasən, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Baş Prokurorluq tərəfindən rəsmi olaraq bəyan edilir ki, istintaqın hazırki mərhələsində Dilarə Bağıyevanın göstərdiyi xüsusatlar üzrə Vahid Nadirova əlavə ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib”.

Xəbəri rus dilində oxuyun: Как сложится судьба “умершего” Абиля Зейналова?

Генпрокуратура об обвинениях матери погибшей девочки

Prokurorluğun açıqlamasında qeyd edilib ki, hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 27-si paytaxtın Nizami rayonunda 2012-ci il təvəllüdlü qızın yaşadıqları evin pəncərəsindən özünü ataraq intihar etməsi faktı üzrə Nizami Rayon Prokurorluğunda araşdırma aparılaraq 15 aprel 2021-ci il tarixdə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib.

***

Qeyd edək ki, həbs edilmiş Vahid Nadirov cəza müddəti başa çatdığından (məhkəmə qərarı ilə) hazırda azadlıqdadır.