6 ildən sonra Bakıda konsert verdi, izdiham yaşandı - Fotolar

6 ildən sonra Bakıda konsert verdi, izdiham yaşandı
Oxunma sayı: 4218

Reper Orxan Zeynallının 6 ildən sonra ilk dəfə Bakıda baş tutan ikigünlük “40-cı paralel” adlı konserti yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, 7000-dən çox insanın qatıldığı tədbirdə Orxan öncə media nümayəndələri ilə görüşüb, sualları cavablandırıb.

Orxan Bakıdakı ilk konsertinə cəmi 14 biletin satıldığını, bu gün isə minlərlə insanın gecəsinə gəldiyini bildirib. O, hər kəsə təşəkkür edərək, paytaxtda yenidən səhnəyə çıxacağını da bildirib.

Anşlaqla keçən hər iki gecədə fanatları müğənni ilə birlikdə mahnılarını səsləndirib.