59 deputat tələb etdi, Sahibə Qafarova sərəncam imzaladı

59 deputat tələb etdi, Sahibə Qafarova sərəncam imzaladı
Oxunma sayı: 13673

Milli Məclisin növbədənkənar sessiyası olacaq.

"Qafqazinfo" xəbər verir ki, parlamentin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixindən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.

Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, sessiyada "2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək. Həmçinin iclasda "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi