40 yaşlı qadın kanalda batdı

40 yaşlı qadın kanalda batdı
Oxunma sayı: 1706

Biləsuvarda qadın su kanalında batıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.