4 gün öncə kanalda batan oğlanın meyiti tapıldı

4-gun-once-kanalda-batan-oglanin-meyiti-tapildi
Oxunma sayı: 1409

Ötən ayın 27-də Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb. Onun meyiti kanalın Qubanın Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı) tapılıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbəri rus dilində oxuyun: Найдено тело парня, утонувшего в канале 4 дня назад