4 balıqçı itkin düşüb - FHN helikopter qaldırdı

4 balıqçı itkin düşüb
Oxunma sayı: 1248

Xəzərdə 4 balıqçı itkin düşüb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabrda, gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi