Deqati xanımı ilə... - Fotolar

Deqati xanımı ilə...
Oxunma sayı: 5844

Dünyaca məşhur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycanəsilli fransız fotoqraf Reza Deqati bu dəfə özü həyat yoldaşı Reyçel Deqati ilə birlikdə fotokamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, məşhur cütlük 30 illik evlilik ildönümünü qeyd edir. Deqati ailəsinin fotolarını fotoqraf-səyyah Orxan Aslanov lentə alıb. 

Qeyd edək ki, Reza Deqati yazıçı xanımı Reyçel Deqati ilə birlikdə 1992-ci ildə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyublar.