2 bacı zəlzələdən 62 saat sonra xilas edildi

2-baci-zelzeleden-62-saat-sonra-xilas-edildi
Oxunma sayı: 3001

Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda aparılan axtarış-xilasetmə işləri zamanı zəlzələdən düz 62 saat sonra iki bacı dağıntılar altından çıxarılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından xilas edilən Fatma və Merve Dəmir bacıları müayinə üçün təcili yardıma aparılıb.