19 yaşlıların “Barselona”sı

19 yaşlıların “Barselona”sı
Oxunma sayı: 1550

İspaniya La Liqasının 26-cı turunda “Osasuna”nı məğlub edən (2:0) “Barselona” unikal göstəriciyə imza atıb.

"Qafqazinfo" xəbər verir ki, katalonların  qollarını Jordi Alba və İlas Moriba vurub.

Bununla da “Barselona”nın bir mövsümdə 19 yaşınadək üç futbolçusu –  Ansu Fati, Pedri və Moriba  qol vurmağı bacarıb. Bu, La Liqada rekord göstəricidi.

Qeyd edək ki, hazırda “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. Lider “Atletiko”nun isə 58 xalı var.