16 yaşlı Türkanın köməyinizə ehtiyacı var

16 yaşlı Türkanın köməyinizə ehtiyacı var
Oxunma sayı: 1688

Laçın rayonundan məcburi köçkün olan 16 yaşlı Türkan Salahova dörd ildir qaraciyər xərçəngindən əziyyət çəkir.

O, Azərbaycan və Türkiyədə müalicə alıb.

Həkimlərin yekdil rəyinə görə Türkan müalicəsini Almaniyada davam etdirməlidir. Daha dəqiqi, onun dərdinin çarəsi Almaniyada var, sənədlər bu ölkədəki bir neçə klinikaya göndərilib, həkimlər 16 yaşlı bu gül balanı sağaltmağa zəmanət verirlər.

Bunun üçün 600 min manat lazımdır. Türkanın ailəsinin imkanları məhduddur, atası fəhlə işləyir, ailənin dolanışığını güclə çatdırır.

Türkanın 4 illik müalicəsinin xərclərini qohum-əqraba ödəyib. İndi isə bütün imkanlar tükənib.

Bu səbəbdən Türkanın sizin köməyinizə ehtiyacı var.

Bunun üçün bank hesabı açılıb.

Kapital Bank: 4169 7387 0859 6899