15 yaşlı Fidan Rusiyada mükafat qazandı - Fotolar

15 yaşlı Fidan Rusiyada mükafat qazandı
Oxunma sayı: 2036

Moskvada “Vegas City Hall”da “JARA Kids Awards” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycanı “Uşaq Avroviziyası-2018” və “SanRemo Junior-2018” müsabiqələrində təmsil edən 15 yaşlı ifaçı Fidan Hüseynova “İlin mahnısı” nominasiyasında qalib olub. O, bu mükafata “Bubble Gum” mahnısına görə layiq görülüb.

Tədbirdə Vanya Dmitriyenko, Danya Miloxin, HENSY, Həbib, Artur Babiç, ITON, Anya POKROV, Escape, Asiya, Vaşa Marusya, Maxa Qoraçyova, NATAN, GAFUR, İrina Dubtsova, Anita Tsoy, Galibri & Mavik və digər məşhurlar iştirak edib.