13 rəqəmi nəhsdir, yoxsa...

13 rəqəmi nəhsdir, yoxsa...
Oxunma sayı: 7684

Elmin-texnikanın inkişaf etdiyi müasir dövrdə hələ də bir çox insan 13 rəqəmindən qorxur, onun uğursuz olduğuna inanır. Nə qədər qəribə səslənsə də, hətta bəzi insanlar ayın 13-ü evdən küçəyə çıxmırlar.

İnternetdə kiçik araşdırma apararaq 13 rəqəmi ilə bağlı bəzi məqamları topladıq.

İlk olaraq qeyd edək ki, “Triskaydekafobiya” və ya “terdekafobiya” qədim yunan dilindən “τρεισκαίδεκα” – 13 və “φόβος” – qorxu kimi tərcümə olunaraq, 13 rəqəmindən qorxmaq deməkdir.

Avropada orta əsrlərdə bu rəqəmi dilə gətirmək qadağan olunmuşdu. Deyilənə görə, hər ayın 13-də cadugərlər bir yerə yığışırmış. Toplantıda isə 12 cadugər olurmuş, 13-cü isə guya İblisdir. Buna görə də nəhs hesab edilən bu rəqəmə “İblisin rəqəmi” də deyilir.

Qərb ölkələrində isə 13 rəqəmi ilə bağlı insanlarda fobiya var. ABŞ-da 13 rəqəmli avtobus, vaqon, trolleybus, tramvay yoxdur. Təyyarələrdə, otellərdə 12-ci otaqdan sonra 14-cü nömrə gəlir. İngiltərədə isə 13 saylı mənzil, kinoteatrlarda 13 saylı kreslo olmur.

Britaniya həkimlərinin iddialarına görə isə cümə günü ayın 13-nə təsadüf edəndə həmin gün xəstələrin sayı dəfələrlə çox olur, aparılan əməliyyatlar əksərən uğursuz keçir. Xəstələrdə qəribə hallar olur, onlar narkozdan gec ayılırlar və sairə. Bu səbəbdən cərrahlar maksimum çalışırlar ki, “qorxulu gün”ə əməliyyat salınmasın.

Yəhudilərin əlifba sırasındakı 13-cü hərf “m”-dır. Bu hərf isə “mavet” (ölüm) sözünün baş hərfidir.

Bütün sadalananlarla yanaşı, 13 rəqəminin uğur rəmzi olduğuna inananlar da var. Qədim misirlilər 13 rəqəminin xoşbəxtlik rəqəmi olduğuna inanırdılar. İtaliya və Çində də 13 rəqəminin xoşbəxtlik gətirdiyinə inanırlar. Onların fikrincə, bu rəqəm gücün, bərəkətin rəqəmidir. Hətta Çin dilində 13 müvəffəqiyyət qazanmaq mənasını verir. Hind panteonunda isə 13 Budda var. 

İslam tarixində 13 rəqəmi ilə bağlı maraqlı faktlar ortaya çıxıb. İlk olaraq qeyd edək ki, İslam da uğursuz sayılan heç bir şey yoxdur.

- 571-ci il: Məhəmməd peyğəmbərin (s.ə.s) dünyaya gəlişi  (5+7+1=13)

- 751-ci il: İlk türk qəbilələrinin İslam dinini qəbul etməsi (7+5+1=13)

- 1048-ci il: Səlcuq müsəlman dövlətinin Bizansı məğlub etməsi (1+0+4+8=13)

- 1453-cü il: II Sultan Mehmetin Konstantinopolu (İstanbulu) fəth etməsi və şəhərin müsəlmanların əlinə keçməsi. (1+4+5+3=13)

Son zamanlar isə 13 rəqəmi şəklində döymələr çox məşhurlaşıb. Bu növ döymələrin sahibləri 13 rəqəminin onlara şans gətirdiyinə inanırlar.

S.Xankişiyeva