“12 milyondan çox ukraynalı didərgin salınıb” - BMT

“12 milyondan çox ukraynalı didərgin salınıb”
Oxunma sayı: 850

“Bu gün Rusiyanın Ukraynaya təcavüzündən dörd ay keçir. BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad müharibənin 12 milyondan çox ukraynalını didərgin saldığını və daimi həll yolunun tapılmasının vacibliyini söyləyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik mətbuat konfransında Ukraynadakı son humanitar vəziyyətlə bağlı danışan zaman deyib.

“Biz Ukraynanın şərq bölgələrində təcili yardıma ehtiyacı olan mülki şəxslərə humanitar yardımın çatdırılması üçün çağırışları davam etdiririk”, - deyə Düjarrik əlavə edib. `