104 yaşında paraşütlə tullanan ən yaşlı qadın - Fotolar

104-yasinda-parasutle-tullanan-en-yasli-qadin
Oxunma sayı: 2762

ABŞ-nin Çikaqo şəhərinin 104 yaşlı sakini Doroti Hoffner paraşütlə tullanan ən yaşlı qadın olub.

“Qafqazinfo” xəbər verir ki, o, Çikaqodan təxminən 140 kilometr cənub-qərbdə, Ottavada mükəmməl bir uğura imza ataraq Ginnesin Rekordlar Kitabına düşüb.

“Yaş sadəcə bir rəqəmdir”, - deyə qadın öz təəssüratlarını bölüşüb.

104 yaşlı qadın havada əyləncəli anlar yaşadığını bildirib.