Sudanda komendant saatı ləğv edildi

Sudanda komendant saatı ləğv edildi
Oxunma sayı: 1254

Sudan keçid hökuməti olan Hərbi Şuranın rəhbəri Əbbdülfəttah əl-Burxan ölkədə fövqəladə vəziyyətin və komendant saatını ləğv edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə dövlət televiziyasında çıxışı zamanı məlumat verib.

Bütün vilayətlərdə valilərin fəaliyyətinə son qoyulduğunu da bildirən Burxan, keçid dövrünün maksimum 2 il davam edəcəyini və hakimiyyətin daha sonra xalqın formalaşdıracağı sivil hökumətə təhvil veriləcəyini deyib.

O, günahsız insanların qətlə yetirilməsi və korrupsiyada əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini də söyləyib. Burxan ölkədə gündəlik yaşamın normal vəziyyətə qayıtması üçün xalqdan dəstək gözlədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, müdafiə naziri Avad ibn Auf 2 gün öncə prezident Ömər Əl Bəşiri devirmiş, dünən isə istefa vermək məcburiyyətində qalmışdı. Onun yerinə isə Baş Qərargah rəisi Əbbdülfəttah əl-Burxan gəlib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi