Assanjın atası şokdadır - “Ondan yaxşı görünürəm”

Assanjın atası şokdadır
Oxunma sayı: 1698

“WikiLeaks”in qurucusu Culian Assanjın Melburnda yaşayan atası Con Şipton kömək üçün Avstraliya hökumətinə müraciət edib.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, Şipton aprelin 11-də Ekvador səfirliyində tutulan oğlunu gördükdən sonra şoka düşdüyünü deyib: “Mən gördüm ki, onlar oğlumu nərdivandan necə sürüyürdülər. O çox pis görünürdü. Mənim 74 yaşım var, onun isə 47. Ancaq mən ondan yaxşı görünürəm. Şokdayam”. 

Qeyd edək ki, daha əvvəl Avstraliyanın baş naziri Skott Morrison Culianın hökumətdən heç bir xüsusi dəstək almadığını bəyan etmişdi.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi