“Yuventus” məğlub oldu, çempionluq təxirə düşdü - Video

“Yuventus” məğlub oldu, çempionluq təxirə düşdü
Oxunma sayı: 1416

İtaliya çempionatının 32-ci turunda sürpriz nəticə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, lider “Yuventus” səfərdə qarşılaşdığı SPAL-a 1:2 hesabı ilə məğlub olub.

Bununla da “Yuventus” çempionluğu rəsmiləşdirmək şansını öz əlindən verib.

Qeyd edək ki, Turin təmsilçisi hazırda ən yaxın izləyicisi “Napoli”dən 20 xal öndədir. Sabah “Napoli” səfərdə “Kyevo”ya məğlub olsa, “Yuventus”un çempionluğu da rəsmiləşəcək.

SPAL - “Yuventus” - 2:1

Qollar: 30 - Moyse Kin (0:1), 49 - Bonifazi (1:1), 74 - Flokkari (2:1)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi