Qüds valisi saxlanıldı

Qüds valisi saxlanıldı
Oxunma sayı: 1028

İsrail polisi Şərqi Qüds və Qərbi Şəriədə 18 nəfəri saxlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların arasında Fələstin rəhbərliyinə tabe olan Qüds valisi Adnan Qays də var.

O, gecə saatlarında evindən aparılıb. Saxlanılanların terror aktlarında əli olduğu iddia edilib.

Qeyd edək ki, hazırda İsrail həbsxanalarında 5700 fələstinli saxlanılır. Onlardan 230-u uşaqdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi