Köhnəni ver, yenisini apar - Audi

Köhnəni ver, yenisini apar
Oxunma sayı: 5245

Vaxtaşırı olaraq hər bir avtomobil sahibində avtomobilini yeniləmək arzusu yaranır. Çoxları bu məqamda avtomobilini yaxşı qiymətə satmaq üçün günlər, həftələr və hətta aylarla vaxt itirir. Müasir dinamik həyat ilə bu artıq uyğunlaşmır. Vaxtının və rahatlığının qədrini bilənlər üçün Audi Azərbaycan treyd-in kampaniyasını təklif edir. İstənilən marka və model avtomobilinizi təhvil verib yeni Audi avtomobilinə sahib ola bilərsiniz.

Audi Azərbaycan artıq 7 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində geniş müştəri bazası əldə etməyə müvəffəq olub. Müşahidələrə görə brendə loyallığı ilə seçilən Audi sahibləri öz avtomobilini orta hesabla 3 ildən bir dəyişir. Bununla yanaşı, Audi brendinə artan maraq bir çoxlarını onun pərəstişkarına çevirib və onlar da növbəti avtomobillərinin radiator barmaqlığında dörd halqanın olmasını arzulayırlar.

Bunları nəzərə alaraq, şirkət treyd-in kampaniyasına start verib. Bu kampaniya çərçivəsində istənilən marka və model avtomobil ilə Audi Bakı Mərkəzinə gəlib, onu nağd aldıqda ödənişin bir hissəsi kimi, kreditlə aldıqda isə ilkin ödəniş əvəzi kimi verib, Audi modellərindən birini ala bilərsiniz. Təhvil verilən avtomobil şirkətin mütəxəssisləri tərəfindən yoxlanılır və bazarda mövcud qiymətlərə uyğun qiymətləndirilir. Nəticədə avtomobilini yeniləmək istəyən müştəri vaxtını itirmədən, rahat şəraitdə və şəffaf şəkildə arzusuna nail olur.

Audi istəyirsiniz? Audi Bakı Mərkəzinə müraciət edin.

Ünvan: Babək prospekti 43A

Telefon: +994 12 570 00 77 / +994 50 570 00 77

 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi