İcra başçısı şəhid anaları ilə görüşdü - Fotolar

İcra başçısı şəhid anaları ilə görüşdü
Oxunma sayı: 1546

Aprel döyüşlərində şəhid olmuş Baxşəliyev Rəşid Əliyağa oğlunun 3-cü ildönümü mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Abşeron icra başçısı İradə Gülməmmədova, şəhidlərimizin və qazilərimizin anaları, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, döyüş yolundan danışılıb, ehsan verilib.

Şəhid anaları ilə görüşən İ.Gülməmmədova başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıb.

İcra başçısı qeyd edib ki, şəhidimiz Baxşəliyev Rəşid Əliyağa oğlunun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır:

“Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Rəşid  təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Şəhidlərimiz elə bir şanlı yol keçiblər ki, başda ölkə rəhbəri olmaqla bütün Azərbaycan xalqı onlarla fəxr edir”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi